"Çelsi" "Barselona"nın transfer təklifinə rədd cavabı verdi

00:43 - 18 İyun 2019

"Barselona" "Çelsi"nin braziliyalı futbolçusu Villianı transfer etmək üçün hərkətə keçib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, kataloniyalılar 30 yaşlı vinger üçün London təmsilçisinə 40 milyon avro təklif edib. İki dönəmlik transfer cəzası alan "zadəganlar" təklifi rədd edib.

 

Villian 2013-cü ildən "Çelsi"də çıxış edir. Braziliya millisinin üzvü ötən mövsüm 56 oyuna 8 qol vurub, 14 assist edib.

Xəbər xətti