"Neftçi"dən ayrılan futbolçu "Sabah"da

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə qatıb.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü "Neftçi"də çıxış edən Məhəmməd Mirzəbəyovla anlaşıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

Oyunçu karyerası ərzində "Anji" (Rusiya), "Sumqayıt", "İnter" və "Qəbələ"nin də formasını geyinib. Mirzəbəyov Azərbaycan millisində 18 matça çıxıb.

 

Xatırladaq ki, Məhəmməd Mirzəbəyov "Sabah"ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanılıb. Abışov da son olaraq "Neftçi"də çıxış edib.

Tarix: 18 İyun [15:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Oktyabr 2019
13  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio