"Partizani"dən transfer - yenidən "Qarabağ"a qarşı oynayacaq

17:35 - 18 İyun 2019

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Albaniyanın "Partizani" klubu transfer reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Tirana təmsilçisi braziliyalı sağ cinah müdafiəçisi Uilliam Kordeiro Melonu transfer edib. Ötən mövsümü Albaniyanın "Kukesi" klubunda keçirən futbolçuyla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 25 yaşlı müdafiəçi ptən mövsüm "Kukesi"nin heyətində ÇL-in II təsnifat mərhələsində "Qarabağ"la keçirilən hər iki oyunda meydanda olub. Ağdam klubu "Kukesi"ni mübarizədən kənarlaşdırmışdı (0:0 / 3:0).

Xəbər xətti