"Səbail"in rəqibi - UEFA kubokunun yarımfinalçısı

“Səbail” Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın “Krayova” klubu ilə qarışlaşacaq.

 

Sportal.az xəbər verir ki, Krayova şəhərini təmsil edən klub 1948-ci ildə yaradılıb.

 

Komanda dörd dəfə Rumıniya çempionu olub, 6 dəfə ölkə kubokuna yiyələnib. “Krayova” sonuncu dəfə 1990/91 mövsümündə çempionluq yaşayıb.

 

“Krayova” 1972/73 mövsümündə avrokuboklarda debüt edib. Rumıniya klubunun ən böyük uğuru 1982/83 mövsümünə təsadüf edir. “Tələbələr” həmin mövsüm UEFA kubokunun yarımfinalına kimi irəliləyib. Komandanın yarımfinalda qarşısını “Benfika” kəsmişdi.

 

“Krayova” 1990/91 mövsümündən sonra uzun müddət Avropa səhnəsinə həsrət qaldı. Komanda 2017/18 mövsümündə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Milan”a uduzub və mübarizəni dayandırıb. (0:1 / 0:2).

 

2018/19 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində “tələbələr”in qarşısını Almaniya “Leyptsiq”i kəsib (1:1 / 1:3).

 

Komanda avrokuboklarda sonuncu qələbəsini 1990/91 mövsümündə “Partizani” (Albaniya) üzərində əldə edib.

 

“Krayova” ilk dəfə avrokuboklarda Azərbaycan klubu ilə üz-üzə gələcək.

 

Komandanı bu ildən Korenliu Popure çalışdırır. “Krayova” ev oyunlarını “Yon Oblomenko”da keçirir. Arenanın azarkeş tutumu 30 min 983 nəfərdir.

 

“Krayova”nın “transfermarkt”da dəyəri 19,58 milyon avrodur. “Səbail”də isə bu rəqəm 7,7 milyon avro təşkil edir.

Tarix: 18 İyun [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2019
16  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio