Roberto Bordin püşkdən danışdı: "Speranta”nı yaxşı tanıyıram"

19:03 - 18 İyun 2019

"Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının I təsnifat mərhələsində püşkün nəticələrinə münasibət bildirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis ilk oyunun evdə keçiriləcəyini üstünlük hesab etdiyini deyib:


"Speranta” adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik. Təbii ki, Moldova çempionatını, "Speranta”nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odur ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq”.

 

Qeyd edək ki, "Neftçi” və "Speranta” arasında ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

Xəbər xətti