"Səbail"dən ayrılan futbolçu rəsmən Avstriya klubunda

01:05 - 19 İyun 2019

"Səbail"dən ayrılan Maudo Jarjuenin yeni klubu rəsmən müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qvineya-bisaulu müdafiəçi karyerasını Avstriyada davam etdirəcək. 21 yaşlı futbolçu Bundesliqada mübarizə aparan "Avstriya" klubuna keçib. Vyana təmsilçisinin saytı gənc futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalandığını bəyan edib.

 

Jarjue klubun rəsmi saytına açıqlamasında transferi ilə bağlı danışıb:

 

"Avstriya"ya gəldiyim üçün çox xoşbəxtəm. Olduqca möhtəşəm klubdur. Mənim üçün irəli addım və karyeramda növbəti səviyyəyə keçiddir. Böyük hədəflərim var. "Avstriya" ilə çox şey qazanmaq istəyirəm, beynəlxalq arenalarda oynamaq istəyirəm. Komanda ilə birlikdə faydalı olmaq üçün çox çalışacağıq".

 

21 yaşlı müdafiəçi Azərbaycandakı karyerası ilə bağlı da danışıb:

 

"Portuqaliyada çox şeylər öyrəndim. Ancaq növbəti addımı atmaq önəmli idi. Azərbaycandakı yeni ortama tez alışdım və yaxşı zaman keçirdim. "Səbail"də önəmli təcrübə qazandım".

 

Maudo Jarjue 2017-ci ildə Portuqaliyanın "Jil Visente" klubundan "Səbail"ə keçmişdi.

 

Xəbər xətti