Zakir Həsənov: “Mxitaryan bir qəpiklik futbolçu deyil” VİDEO

“Bütün ermənilər Mxitaryanın üzərində siyasət qurmuşdular. Mən futbolla məşğul olmayan adam maraqlandım ki, kimdir bu Mxitaryan?” .

 

Sportal.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

“Deyirlər, oyunun 90 faizini ehtiyatda oturan adamdır. Bir qəpiklik futbolçu da deyil. Həm bura gəlmək fikri də yox idi. Yalandan söz atmışdılar ki, guya bunu böyük pula alacaqlar. Almadılar. Onu komandası da burada uduzdu”, - deyə nazir Avroliqanın Bakı finalı ərəfəsində “Arsenal” klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryanla bağlı yayılmış iddialara münasibət bildirib. 

 

Tarix: 19 İyun [13:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2019
15  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio