Azərbaycanlı hakimlər KONKAKAF turnirinə təyinat aldılar

Mayın 14-dən 23-dək İsveçrənin Nyon şəhərində UEFA tərəfindən hakimlər üçün təşkil olunmuş “Core Development” kurslarında iştirak edən və kursu uğurla başa vuran Elçin Məsiyev, Elşən Abdullayev və Qəzənfər Məmmədov beynəlxalq təyinat alıb.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, azərbaycanlı hakimlər bu il avqustun 2-dən 12-dək 15 yaşadək futbolçular arasında ABŞ-ın Florida ştatında təşkil ediləcək KONKAKAF turnirinin oyunlarını idarə edəcəklər.

Tarix: 19 İyun [15:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2019
15  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio