ÇSKA Xorvatiya millisinin üzvüylə 5 illik müqavilə bağladı

15:41 - 19 İyun 2019

Rusiyanın ÇSKA klubu ötən mövsü "Everton"dan icarəyə götürdüyü Nikola Vlaşiçin transfer hüququna yiyələnib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi Xorvatiya millisinin üzvüylə 5 illik müqavilə bağlayıb. 21 yaşlı hücumçu üçün ödənilən təzminatın məbləği açıqlanmayıb.

 

Qeyd edək ki, ÇSKA Vlaşiçi ötən mövsüm "Everton"dan icarəyə götürüb. Gənc hücumçu 31 oyuna 8 qol vurub, 7 assist edib.

Xəbər xətti