"Keşlə" sabah başlayır

“Keşlə” iyunun 20-dən yeni mövsümün hazırlığına başlayacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bakıda start götürəcək toplanışda “Keşlə” 4 yoxlama matçı keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi ilk yoxlama matçını iyunun 29-da keçirəcək. Rəqib hələlik məlum deyil.

 

“Keşlə”nin ikinci yoxlama matçı iyul ayının 5-də olacaq. Komanda Sumqayıt şəhər stadionunda “Sumqayıt”la qarşılaşacaq.

 

İyulun 13-də “Keşlə” Zirə İdman Kompleksinin stadionunda “Zirə” ilə qarşılaşacaq.

 

Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib isə hələlik məlum deyil.

Tarix: 19 İyun [15:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio