Frits Ştuxlik: “İnkişaf etmək üçün daha çox çalışacağıq”

CORE kurslarında uğrula iştirak etmiş və yekunda ən yaxşı briqada seçilmiş Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ABŞ-ın Florida ştatında keçiriləcək CONCACAF turnirinə təyinat alıb.

 

Sportal.az xəbər verir ki, bununla bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib:
 

“Hakimlərimizin qazandığı uğura görə sevinir və onlarla fəxr edirəm. Amerikada keçiriləcək turnir üçün seçimlərdə uğur qazanmaları onların yaxşı hazırlaşdıqlarının və öz üzərlərində çox işlədiklərinin, həmçinin Azərbaycan hakimlər ailəsinin düzgün yolda olduğunun göstəricisidir. Eyni zamanda, UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır. Təbii ki, inkişaf etmək, uğur qazanmaq üçün  daha çox çalışacağıq”. (AFFA)

 

Tarix: 19 İyun [16:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2019
15  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio