Luis Enrike İspaniya yığmasından ayrıldı RƏSMİ

00:25 - 20 İyun 2019

Luis Enrike İspaniya milli komandasının baş məşqçi postundan istefa verib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis ailə problemlərinə görə bu qərarı verib. İspaniyalı çalışdırıcı son üç ayda yığmanın düşərgəsində olmayıb.

 

Enrikeni bu vəzifədə köməkçisi Robert Moreno əvəz edib.

 

Luis Enrike İspaniya yığmasının baş məşqçisi postunda 11 ay fəaliyyət göstərib.

Xəbər xətti