"Qəbələ" daha bir yetirməsini qaytardı

11:04 - 20 İyun 2019

"Zirə"dən ayrılan Murad Musayev karyerasını "Qəbələ"də davam etdirə bilər.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı müdafiəçi "qırmızı-qaralar"ın düşərgəsindədir. Onun performansı baş məşqçi Sənan Qurbanovu qane etsə, müqavilə bağlanacaq.

 

Murad Musayev "Qəbələ"nin yetirməsidir. O, "Səbail" və "Şüvəlan"da da çıxış edib.

 

"Qəbələ" daha öncə iki yetirməsi - Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatıb.

Xəbər xətti