"Neftçi" Rusiya klubunu məğlub etdi

20:20 - 20 İyun 2019

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, Roberto Bordinin rəhbərlik etdiyi Rusiyanın birinci divizionunda çıxış edən "SKA-Xabarovsk" klubu üz-üzə gəlib. Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Qeyd edək ki, "Neftçi" qonşu ölkədə daha iki yoxlama oyunu keçirəcək. "Ağ-qaralar" iyunun 25-dəki ikinci rəqibi hələ ki, məlum deyil. Paytaxt klubu iyunun 30-da Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

 

 

20 iyun

Yoxlama görüşü

 

"Neftçi" - "SKA-Xabarovsk" (Rusiya) - 3:1
Qollar:
Namiq Ələsgərov, 22, Rəhman Hacıyev, 28, Emin Mahmudov, 45
Topuk yaylası. "Hendek Atatürk" stadionu

Xəbər xətti