"Qarabağ"la danışıqlar aparmışıq" - millinin qapıçısının agentindən açıqlama

15:32 - 20 İyun 2019

"Qarabağ"ın transfer hədəfində olan Cənubi Afrika Respublikası millisinin qapıçısı Darren Kitin agenti Vasili Barbis açıqlama verib.

 

Sportal.az "Goal"a istinadən xəbər verir ki, "Bidvest Vits" klubu ilə müqaviləsi başa çatan 29 yaşlı qolkiperlə "Qarabağ"la yanaşı, İsveç və Portuqaliya klubları da maraqlanır. Barbis qapıçının CAR-ı tərk etmək qərarına gəldiyini deyib:

 

"İsveçdən təklifimiz oldu. "Qarabağ" və bəzi klublarla görüşmüşük. "Qarabağ" birbaşa danışıqlara keçən klublardan biridir. Hazırda Portuqaliyadan dəqiq təklif almışıq. Orada danışıq apardığımız bir klub var və gələn həftə başqa komanda ilə də bir araya gələcəyik. Qarşıdan Afrika kuboku gəlir. Turnirə köklənmək üçün ayın sonuna qədər qərar verəcəyik. Kitin CAR-ı tərk etmək fikri qətidir. Ağlı Avropada qalıb. Gələn mövsüm orada oyynayacaq". 

 

Qolkiperlə "Qarabağ", Belçikanın "Mexelen" klubu və Portuqaliya Premyer Liqa təmsilçisi maraqlanır.

 

Kit 2016-cı ildən "Bidvest Vits"də çıxış edirdi. O, 2013-cü ildən yığmaya dəvət alır. Təcrübəli qapıçı 2011-2016-cı illərdə Belçikanın "Kortreik" klubunda oynayıb.

Xəbər xətti