"Mançester Siti" ukraynalı futbolçu ilə müqavilə imzaladı

16:12 - 20 İyun 2019

İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "şəhərlilər" ukraynalı yarımmüdafiəçisi Aleksandr Zinçenko ilə müqavilə müddətini uzadıb. 22 yaşlı futbolçu ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ukrayna millisinin üzvü 2013-cü ildə "Ufa"dan "Mançester Siti"yə transfer olunub.

Xəbər xətti