"Qalatasaray" Çiçarito üçün hərəkətə keçdi

16:30 - 20 İyun 2019

Türkiyənin "Qalatasaray" klubu İngiltərə "Vest Hem"ində çıxış edən Xavyer "Çiçarito" Hernandesi transfer hədəfində alıb.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" meksikalı hücumçuya 2+1 illik müqavilə şərti təklif edib. Çiçarito bu təklifi qəbul etsə, illik 3 milyon avro maaş alacaq.

 

İstanbul təmsilçisi "Vest Hem"lə 1 illik müqaviləsi qalan 31 yaşlı forvardı təzminat ödəmədən almaq istəyir. Bunun üçün də London klubu ilə danışıqlar aparılacaq.

 

Məlumata görə, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Meksika millisinin üzvünü transferində razılıq verib.

 

Super Liqa klubu hücumçusu Mbaye Dianı Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubuna 15 milyon avroya satmağa hazırlaşır. "Qalatasaray" digər hücumçusu Kostas Mitroglunun əvəzinə, "Rizəspor"dan Vedat Murikini düşünür.

 

Qeyd edək ki, Xavyer Hernandes 2017-ci ildən "Vest Hem"də çıxış edir. Meksikalı futbolçu "Mançester Yunayted", "Real" və "Bayer"də də çıxış edib.

Xəbər xətti