"Neftçi" Mirabdulla Abbasovu icarəyə verdi RƏSMİ

16:34 - 20 İyun 2019

"Neftçi” yetirməsi Mirabdulla Abbasovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu 2020/2021 mövsümünün sonunadək "ağ-qaralar"ın üzvü olacaq.


Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün "Neftçi”nin rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçuya, həm də gələcəkdə komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib.

 

Abbasov daha çox oyun təcrübəsi qazanması üçün bu mövsümün sonunadək "Səbail” klubuna icarəyə verilib.

 

Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində "Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.

Xəbər xətti