"Mançester Yunayted"in sabiq futbolçusu cəzalandırıldı - oyunlara pul qoyuluşu etdiyi üçün

17:28 - 20 İyun 2019

İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş futbolçusu Pol Skoulz cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası açıqlamasında Skoulzun 2015-ci ilin 17 avqustundan 2019-cu ilin 12 yanvar tarixinə kimi 140 matça pul qoyuluşu etdiyini bəyan edib. Bu səbəbdən, veteran futbolçu 8 min funt-sterlinq cərimə olunub. Federasiya ingilis futbolçunu sərt şəkildə xəbərdarlıq edib.

 

İngiltərə mətbuatının məlumatına görə, Skoulz bukmeker kontorlarında 26 min funt-sterlinq pul qoyuluşu edib və 5831 funt-sterlinq gəlir qazanıb.

 

Skoulz futbolçu karyerasında yalnız "Mançester Yunayted"in şərəfini qoruyub. 44 yaşlı sabiq yarımmüdafiəçi 2013-cü ildə karyerasını başa vurub. İngiltərə millisinin sabiq üzvü bu il "Oldhem" klubunun baş məşqçisi təyin olunsa da, futbol oyunlarına pul qoyuluşu etdiyi üçün postundan qovulmuşdu.

Xəbər xətti