PSJ Neymarın transfer qiymətini müəyyənləşdirdi

18:59 - 20 İyun 2019

PSJ yollarını ayırmaq istədiyi Neymarın transfer qiymətini müəyyənləşdirib.

 

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, Paris klubu braziliyalı futbolçuya 300 min avro təzminat qiyməti qoyub.

 

İspaniya mətbuatı "Barselona"nın Neymar üçün bu məbləği ödəmək fikrinin olmadığını yazıb. Kataloniyalılar bir qədər pul və Samuel Umtiti, İvan Rakitiç, Usman Dembele kimi futbolçuları qarşı tərəfə təklif etməyi düşünür.

 

PSJ 27 yaşlı hücumçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib. Neymar ötən mövsüm 28 oyuna 23 qol vurub, 13 assist edib.

Xəbər xətti