Gerye oynadı, komandası ikinci qələbəsini qazandı

11:50 - 21 İyun 2019

"Qarabağ"ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi KONKAKAF "Gold Cup 2019"un B qrupunda ikinci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, komanda Nikaraqua ilə qarşıllaşıb və 2:0 hesablı qələbə əldə edib.

 

Start heyətdə meydana çıxan Gerye 81-ci dəqiqədə əvəzlənib. O, 66-cı dəqiqədə sarı vərəqə alıb.

 

Qeyd edək ki, ilk görüşdə Bermudaya qalib gələn Haiti millisi turnir cədvəlində  6 xalla Kosta-Rika ilə birlikdə ilk iki yeri bölüşdürür.

Xəbər xətti