Çex "Çelsi"yə qayıtdı

13:58 - 21 İyun 2019

Karyerasını “Arsenal”da başa vuran qapıçısı Petr Çex sabiq klubu “Çelsi”yə qayıdıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, çexiyalı veteran qolkiper London təmsilçisinin texniki müşaviri təyin edilib.

 

Qeyd edək ki, 37 yaşlı Çex 2004-2015-ci illərdə "Çelsi"də çıxış edib.

Xəbər xətti