"Mançester Siti" 35 yaşlı futbolçunu transfer edir

14:14 - 21 İyun 2019

İngiltərənin "Mançester Siti" klubu sürpriz transferə hazırlaşır.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "şəhərlilər" İspaniyanın "Eybar" klubunun qapıçısı Asier Riesqo ilə danışıqlar aparır. 35 yaşlı qapıçı Mançester təmsilçisindən aldığı təklifə təəccüblənib.

 

Komandanın qapıçı məşqçisi Xabier Mankisido Riesqonu baş məşqçi Pep Qvardiolaya israrla məsləhət görüb.

 

Asier Riesqo 2015-ci ildən "Eybar"da çıxış edir. İspaniyalı qapıçı "Real Sosyedad", "Rekreativo" və "Osasuna" klublarında da oynayıb. 

Xəbər xətti