"Qarabağ" - "Ludoqorets" oyununun vaxtı açıqlandı

16:01 - 21 İyun 2019

“Qarabağ” sabah Avstriyada ilk yoxlama oyununu Bolqarıstanın "Ludoqorets" klubuna qarşı keçirəcək.

 

Sportal.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, matç saat 20:00-da start götürəcək.

 

“Qarabağ” Avstriyada 4 yoxlama oyunu keçirəcək. “Köhlən atlar” “Ludoqorets”dən başqa, Rumıniyanın “Krayova” (25 iyun), Rusiyanın “Ufa” (28 iyun), Çexiyanın “Viktoriya” (2 iyul) klubları ilə də qarşılaşacaq.

Xəbər xətti