Azərbaycan millisinin sabiq üzvü Rusiyada klubunu dəyişdi

00:00 - 22 İyun 2019

Rusiyanın Leninqrad vilayətinin təmsilçisi "Leninqradets" Azərbaycan millisinin sabiq hücumçusu Rizvan Umarovu transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

 

"Zenit"in yetirməsi olan futbolçu son iki ili Nijnekamski "Nefteximik"ində keçirib və 34 oyuna 19 qol vurub.

 

2018-ci ildən fəaliyyət göstərən "Leninqradets" klubu ölkənin Peşəkar Futbol Liqasında çıxış edir.

 

Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış etmiş Umarov 2012-ci ilin əvvəlində əsas millinin heyətində yer alıb. Rizvan yığmada 3 oyun keçirib.

Xəbər xətti