Gəncədə Azərbaycan futbolu ilə bağlı toplantı FOTOLAR

13:04 - 22 İyun 2019

Azərbaycan Veteranlar İttifaqının təşəbbüsü ilə regionlarda görüşlər təşkil olunur.

 

Sportal.az xəbər verir ki, ittifaq bu dəfə Gəncə şəhərində toplantı keçirib.

 

Görüşdə qurum sədri Oqtay Abdullayev, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, veteranlardan Maşallah Əhmədov, Yunis Hüseynov, Vidadi Rzayev, Hüseyn Məhəmmədov və başqa şəxslər iştirak ediblər.

 

Toplantıda Gəncə ilə yanaşı, Mingəçevir, Qazax və başqa bölgələrdən nümayəndələr olub.

 

Oqtay Abdullayev Gəncədə futbolun, veteranların vəziyyətiylə maraqlanıb. Şəhərdə futbol akademiyasının açılması, mütəxəssislərin işlə təmin olunması və sabiq oyunçulardan bəzilərinə fəxri adların verilməsi ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Veteranlar İttifaqı üzvləri təkliflərin AFFA rəhbərliyinə çatdırılacağına söz veriblər.

 

Mehman Əşrəfov

 

Xəbər xətti