"Qarabağ" yeni transferini açıqlamaq üzrədir

15:48 - 22 İyun 2019

İspaniyalı futbolçu Xayme Romeronun "Qarabağ"a keçidi rəsmiləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı oyunçu sabah Ağdam klubunun Avstriyadakı düşərgəsində olacaq. O, rəsmi müqaviləyə imza atacaq və komandanın hazırlığına qoşulacaq.

 

Son klubu "Kordoba" olan Romero vaxtilə İspaniyanın U-19 yığmasına cəlb olunub. Amma burada karyerası cəmi 6 dəqiqədən ibarət olub. Karyerasına “Albasete”də başlayan solaxay oyunçu “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan Xayme son çempionatda “Kordoba”nın heyətində 22 matça çıxıb və 8 qol vurub.

Xəbər xətti