Futvolley üzrə Azərbaycan Kuboku keçirilib

22:56 - 18 İyun 2019

Bakıda "Ramada" otelin çimərlik meydançasında Azərbaycan Futnet Federasiyasının təşkilatçılığı ilə futvolley üzrə Azərbaycan kuboku yarışı keçirilib.

 

Federasiyanın mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, yarış iki qrup üzrə keçirilib. Gərgin keçən mübarizədə "Zirə" və "Uğur" komandaları finala yüksəlib. Həlledici oyunda "Zirə" qalib gəlib və çempion olub. Üçüncü yeri isə "Novco" komandası tutub.

 

Turnirin liderlərindən sayılan "Marafon" isə gözlənilmədən dördüncü yerlə kifayətlənib.

 

Xatırladaq ki, avqustun 2-4-ü aralığında futvolley üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda 20-dən çox ölkə iştirak edəcək.

Xəbər xətti