“Qarabağ” Türkiyədən məşqçi gətirir

23:16 - 23 İyun 2019

“Qarabağ” Futbol Klubunun akademiyası türkiyəli məşqçiyə həvalə olunub.

 

Sportal.az xəbər verir ki, tanınmış məşqçi Ziya Doğanın qardaşı Tacettin Doğan akademiyanın koordinatoru vəzifəsinə təyinatı haqda razılıq əldə edilib. 

 

Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Tacettin Doğan Serpil Hamdi Tüzünün "Qarabağ"ın aşağı yaş qruplarına rəhbərlik etdiyi dövrdə də (2000-ci illərin ortalarından 2010-cu ilin əvvəllərinə kimi) Ağdam klubunun akademiyasında çalışıb. (qol.az)

Xəbər xətti