La Liqaya vəsiqə qazanan üçüncü komanda bəlli oldu

10:22 - 24 İyun 2019

İspaniya La Liqasına vəsiqə qazanan üçüncü komanda məlum olub.

 

Sportal.az xəbər verir ki, Sequndanın pley-offun final görüşündə "Malyorka" ilk oyunda 0:2 hesabı ilə uduzduğu "Deportivo"nu qəbul edib. İkinci oyunda 3:0 hesablı qələbə qazanan "Malyorka" elitaya yüksəlib.

 

Palma təmsilçisi 2013-cü ildə Sequndaya yuvarlanmışdı. Katalonlar 6 ildən sonra yenidən La Liqada çıxış edəcək.

 

Daha öncə Sequndadan La Liqaya "Osasuna" və "Qranada" yüksəlib.

Xəbər xətti