Bilal "Səbail"ə transferindən danışdı

10:43 - 24 İyun 2019

“Səbail”in yeni transferi Bilal Həmdi paytaxt klubuna keçidindən danışıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi transferi barədə bunları deyib:

 

“Səbail”də özümü ilk gündən yaxşı hiss edirəm. Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar. Dilan Duventru ilə Kamal Bayramovu isə hələ keçmiş klubumdan tanıyıram. "Səbail" ilə müqavilə imzalamağa çox şad oldum. Hal-hazırda diqqətimizi Avropa Liqasının hazırlıq prosessinə yonəltmişik".

 

Bilal Həmdi ötən mövsümü "Zirə"də keçirib.

Xəbər xətti