"Qarabağ"ın rəqibi darmadağın oldu

11:45 - 24 İyun 2019

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Albaniyanın “Partizani” klubu Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Tirana təmsilçisi Bosniya və Hersoqovinanın “Sarayevo” klubu ilə qarşılaşıb. Oyun "Partizani"nin 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

"Qarabağ" və "Partizani" arasındakı ilk oyun iyulun 9-da, cavab qarşılaşması isə bir həftə sonra keçiriləcək.

Xəbər xətti