"Yuventus"dan Mario Mancukiç qərarı

"Yuventus" hücumçusu Mario Mancukiçlə bağlı yeni qərar verib.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçisi Maurisio Sarri 33 yaşlı forvardı gələcək planında görmür.

 

A Seriyasının digər klubu "Latsio" xorvatiyalı hücumçu üçün hərəkətə keçib. Mancukiç illik 4 milyon avroluq maaş tələbində endirimə getsə, transferin reallaşacağı gözlənilir.

 

Xorvatiya millisinin sabiq üzvünün "qoca sinyora" ilə müqaviləsi 2021-ci ilə qədərdir. 2015-ci ildən "Yunvetus"da çıxış edən Mancukiç 162 oyuna 44 qol vurub, 24 assist edib.

Tarix: 24 İyun [12:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio