"Nyukasl"da Benites dönəmi başa çatdı

16:19 - 24 İyun 2019

İngiltərənin "Nyukasl" klubu baş məşqçisi Rafael Beniteslə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqaviləni uzatmaq istəyən Premyer Liqa təmsilçisi buna nail ola bilməyib.

 

"The Sun" nəşrinin məlumatına görə, ispaniyalı çalışdırıcı klub rəhbərliyindən illik 7 milyon avro maaş və 60 milyon avroluq transfer büdcəsi istəyib. Ancaq onun tələbləri yerinə yetirilməyib.

 

Qeyd edək ki, Benites 2016-cı ildən "sağsağanlar"ı çalışdırırdı.

Xəbər xətti