Dani Alveş "Barselona"ya təklif edildi

17:10 - 24 İyun 2019

PSJ-dən ayrılan Dani Alveşi agentlər sabiq klubu "Barselona"ya təklif edib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, kataloniyalılar 36 yaşlı müdafiəçini transfer etməkdən imtina edib.

 

Alveş 2017-ci ildə "Yuventus"dan PSJ-yə keçmişdi. Braziliya millisinin üzvü Paris klubunda 73 oyuna 8 qol vurub, 18 assist edib.

 

Dani Alveş 2008-2016-cı illərdə "Barselona"da çıxış edib.

Xəbər xətti