İbrahim Qədirzadənin yeni klubu bəlli oldu

17:28 - 24 İyun 2019

"Xəzər Lənkəran"ın yetirməsi İbrahim Qədirzadənin yeni klubu bəlli olub.

 

Sportal.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi karyerasını I Divizion təmsilçisi "Zaqatala"da davam etdirəcək. Gənc futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Azərbaycanın U-21 millisinin üzvü ötən mövsümü çempion MOİK-də keçirib.

 

Mehman Əşrəfov

Xəbər xətti