"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı

23:47 - 24 İyun 2019

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununun başlama saatı müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Rumıniya təmsilçisi "Krayova"ya qarşı keçiriləcək görüş sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

 

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.

Xəbər xətti