Olimpiya Oyunları İtaliyada keçiriləcək

00:55 - 25 İyun 2019

Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2026-cı ildə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkənin açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən toplantıda yarışın ev sahibi bəlli olub. Səsvermə nəticəsində yarışın İtaliyada keçiriləcəyi bəlli olub. 

 

Milan-Kortina 47, İsveçin paytaxtı Stokholm isə 34 səs toplayıb.

 

İtaliya daha öncə 1956 və 2006-cı illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. Alp dağlarının ətəklərində yerləşən Kortina bölgəsi 1944-cü ildə dünya müharibəsinə görə, Qış Olimpiyadasını keçirə bilməmişdi.

Xəbər xətti