Ramil Şeydayevin yeni mövsüm çıxış edəcəyi klub bəlli oldu

10:54 - 25 İyun 2019

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin növbəti mövsüm çıxış edəcəyi klub bəlli olub.

 

Sportal.az sport24.ru saytına istinadən xəbər verir ki, 23 yaşlı forvard "Krılya Sovetov"la müqaviləsini uzatmağa qərar verib. Şeydayev bu gün Samara klubunun Avstriyadakı təlim-məşq toplanışına qatılacaq. Klub tezliklə Ramillə müqavilə bağladığını rəsmən açıqlayacaq.

 

Qeyd edək ki, Ramil ötən mövsümün əvvəlindən çıxış etdiyi "Krılya Sovetov"da 18 oyuna 4 qol vurub.

Xəbər xətti