"Neftçi" - "Sperantsa" oyunun saatı açıqlandı

11:47 - 25 İyun 2019

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Neftçi" - "Sperantsa" (Moldova) matçının vaxtı məlum olub.

 

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 18-də Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.

 

Komandaların ilk dueli iyulun 11-i Moldovanın paytaxtı Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək. Həmin oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.

 

Cütün qalibi II təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.

Xəbər xətti