Konte rəhbərlikdən Alveşi tələb etdi

14:41 - 25 İyun 2019

PSJ-dən ayrılan Braziliya millisinin üzvü Dani Alveş karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az "France Football"a istinadən xəbər verir ki, İtaliyanın "İnter" klubunun yeni baş məşqçisi Antonio Konte rəhbərlikdən 35 yaşlı müdafiəçinin transferini istəyib. Milan təmsilçisinin braziliyalı müdafiəçiyə təklif göndərəcəyi xəbərdə qeyd edilib.

 

Alveş 2017-ci ildə "Yuventus"dan PSJ-yə keçmişdi. Braziliya millisinin üzvü Paris klubunda 73 oyuna 8 qol vurub, 18 assist edib.

 

Xəbər xətti