"Lokomotiv"də ciddi itki: Kopa Amerikada zədələndi

14:50 - 25 İyun 2019

Kopa Amerika turnirinin 1/4 final mərhələsinə yüksələn Peru yığması ciddi itkiylə üzləşib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Cefferson Farfan sıradan çıxıb. 34 yaşlı futbolçu zədəyə görə yığmadan kənarlaşdırılıb.

 

Rusiyanın "Lokomotiv" klubunda çıxış edən Farfanın 6-8 ay sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

 

Qeyd edək ki, Peru yarımfinalda Uruqvayla üz-üzə gələcək. 

Xəbər xətti