"Barselona"dan ayrılacağını açıqladı

16:56 - 25 İyun 2019

İspaniyalı futbolçu Denis Suares "Barselona"dan ayrılacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu barədə "Catalonia" radiosuna açıqlamasında deyib. Suares "Selta"ya transferinin mümkün olduğunu bildirib. O, karyerasını La Liqada davam etdirmək fikrində olduğunu söyləyib.

 

"Selta"nın yetirməsi olan Suares 2011-ci ildə "Mançester Siti"dən "Barselona"ya keçmişdi. "Barselona" Denisi 2015-ci ildə "Vilyarreal"a satdıqdan bir il sonra geri qaytarmışdı. Futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Arsenal"da keçirib.

Xəbər xətti