"Napoli" Kulibalini transfer etmək istəyən klublardan rekord məbləğ istəyir

18:35 - 25 İyun 2019

İtaliyanın "Napoli" klubu Avropanın nəhəng klublarının hədəfində olan müdafiəçisi Kalidu Kulibalinin transferi üçün rekord məbləğ istəyir.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, neapollular seneqallı müdafiəçinin 150 milyon avroluq sərbəst qalma qiymətində endirim etmir. Kulibaliylə "Mançester Yunayted", "Yuventus", "Mançester Siti" və "Liverpul"un yaxından maraqlandığı barədə məlumatlar var.

 

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Napoli" ilə 2023-cü ilə qədər müqaviləsi var. Seneqal millisinin üzvü ötən mövsüm 48 oyuna 2 qol vurub.

Xəbər xətti