İtaliya millisinin üzvü Çin klubunda

00:15 - 26 İyun 2019

"Roma"nın vingeri Stefan Əl-Şaaravi karyerasını Çində davam etdirəcək.

 

Sportal.az "Il Tempo"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Şanxay Şenhua"nın illik 13 milyon avroluq maaşına müsbət cavab verib. Komandanın ispaniyalı baş məşqçisi Kiki Sançes Flores İtaliya millisinin üzvünü Çinə gətirməyə razı sala bilib.

 

 "Roma" bu keçiddən 18 milyon avro təzminat alacaq.

 

Əl-Şaaravi 2016-cı ildə "Milan"dan "Roma"ya 13 milyon avroya keçmişdi.

Xəbər xətti