Buffon "Yuventus"a qayıdır

02:00 - 26 İyun 2019

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Yuventus"a qayıda bilər.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, Turin təmsilçisi 41 yaşlı qolkiperlə danışıqlara başlayıb. Məlumata görə, Buffon "Yuventus"a qayıtmağa razıdır.

 

Buffon 2002-ci ildə "Parma"dan 52,8 milyon avroya "Yuventus"a keçmişdi. İtaliya millisinin üzvü ötən yay PSJ ilə müqavilə imzalamışdı.

Xəbər xətti