David Silva "Mançester Siti"dən ayrılacağı vaxtı açıqladı

10:37 - 26 İyun 2019

İspaniyalı futbolçu David Silva 2019/2020 mövsümünün sonunda "Mançester Siti"dən ayrılacağını bəyan edib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Daily Mirror"a açıqlamasında bu barədə məlumat verib.

 

Silva karyerasını İspaniyanın "Las Palmas" klubunda bitirmək istədiyini deyib: "Çində oynamağı düşünmürəm. Karyeramı "La Palmas"da bitirməyi çox istəyirəm. Ancaq hazırda La Liqada deyillər. Nələr olacağını görəcəyik".

 

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə keçib. Silva "şəhərlilər"də 396 oyuna 71 qol vurub, 129 assist edib.

Xəbər xətti