"Fənərbaxça"da ayrılıq

11:11 - 26 İyun 2019

"Fənərbaxça" futbolçusu Mehmet Topalla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Topal 2012-ci ildən "Fənərbaxça"da oynayırdı. Türkiyəli futbolçu İstanbul klubunda 298 oyuna 24 qol vurub, 25 assist edib.

Xəbər xətti