Çempionlar Liqası: yeni mövsüm start götürdü

13:13 - 26 İyun 2019

Çempionlar Liqasında 2019/20 mövsümünə start verilib. İlkin mərhələnin yarımfinal oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Andorranın “Santa Koloma” klubu San Marino “Tre Penne”sinə 1:0 hesabı ilə qalib gəlib və finala yüksəlib.

 

Kosovo təmsilçisi “Feronikeli” isə eyni hesabla Cəbəllütariqin “Linkoln” klubundan üstün olub.

 

“Feronikeli” və “Santa Koloma” ÇL-ini I təsnifat mərhələsinə vəsiqə qazanmaq uğrunda final görüşü keçirəcək.

 

“Tre Penne” və “Linkoln” isə Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq.

Xəbər xətti