Aftandil Hacıyev: "Hələ tam formalaşa bilməmişik"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində yerli "Beroe" klubuna 0:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra a.çıqlama verib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

"Toplanış çərçivəsində ikinci oyunumuz idi. Bildiyiniz kimi, təcrübəli futbolçularımızın bir neçəsi təlim-məşq toplanışına gec qoşulublar. Ona görə hələ tam formalaşa bilməmişik. Bolqarıstan komandaları bizdən fərqli olaraq, hazırlığın son mərhələsindədirlər, bizdən daha hazırlıqlıdırlar. Bu oyunda qol epizodlarımız çox oldu, hesab daha fərqli ola bilərdi. İkinci hissədə futbolçular nə qədər səy göstərsələr də, rəqibin qapısından topu keçirə bilmədilər. Lakin futbolçularımızın bəzi səhvlərindən rəqib komanda yararlandı və qalib gəldi. Çalışacağıq ki, bu oyunda etdiyimiz səhvlərdən nəticə çıxaraq”.

Tarix: 26 İyun [13:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Oktyabr 2019
13  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio